Azərbaycan Şahmat Federasiyasının nümayəndələri Heydər Əliyev Fondu tərəfindən əsaslı şəkildə yenidən qurulan Xəzər rayonunun Binə qəsəbəsində yerləşən "Ümid yeri" uşaq evində olublar. Sport24.az xəbər verir ki, "1 iyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü" münasibətilə uşaqlarla görüşən Azərbaycan Şahmat Federasiyasının Birinci Vitse-prezidenti Faiq Həsənov onları bayram münasibətiylə təbrik edib.
Federasiya adından balacalara şahmata aid kitablar, eləcə də müxtəlif hədiyyələr təqdim olunub.