Eltac Səfərli Avstriyanın Linz şəhərində keçirilən "Grand Prix PlusCity" turnirində sürətli şahmat oynayıb. Sport24.az xəbər verir ki, qrossmeysterimiz dördüncü yeri tutduğu blits yarışından sonra rapiddə qüvvəsini sınayıb.
Səfərli doqquz oyundan 7,5 xal toplayaraq dördüncü olub, yalnız əlavə göstəricilərə görə gümüş və bürünc medalçılara uduzub. O, qalibdən - Aleksey Saranadan (Serbiya) yarım xal geri qalıb.
Qeyd edək ki, turnirdə ümumilikdə 323 şahmatçı iştirak edib.