"Çelsi" aparıcı futbolçularından olan Moyzes Kaysedonu komandadan buraxmaq fikrində deyil. Sport24.az xəbər verir ki, "zadəganlar" ekvadorlu futbolçuya yeni müqavilə təklif edib.
Futbolçunun özü də, "Çelsi"də qalmaq istəyir. Onun hazırkı müqaviləsi 2031-ci il iyunun 30-na qədərdir. İngiltərə klubu 23 yaşlı futbolçunun müqavilə müddətini daha 2 il artırmağı planlaşdırır.
Ekvador millisinin üzvü 2023-cü il avqust ayında "Brayton"dan "Çelsi"yə keçib. O, bundan əvvəl "İndependiente"(Ekvador), "Brayton", "Beerşot" klublarında oynayıb.