PSJ-nin hücumçusu Usman Dembele Çempionlar Liqası kuboku ilə "Rolan Qarros" turnirinə qatılıb.

 

28 yaşlı fransız kuboku turnirin mərkəzi kortuna gətirib.

 

Qeyd edək ki, Çempionlar Liqasının mayın 31-də keçirilən finalında PSJ "İnter"i 5:0 hesabı ilə məğlub etməklə tarixində ilk dəfə mötəbər turnirin qalibi olub.