2025/2026 mövsümü üçün transfer çalışmalarını davam etdirən "Neftçi" heyətini yeni müdafiəçi ilə gücləndirmək niyyətindədir. Sport24.az-ın əldə etdiyi məlumata görə, "ağ-qaralar" Rumıniya təmsilçisi "Universitatya"da çıxış edən Lukas Masoero ilə maraqlanır.
30 yaşlı argentinalı oyunçu müqaviləsi bitdiyi üçün klubu ilə yollarını ayırıb. Masoeronu "Neftçi" ilə yanaşı Türkiyənin "Qaziantep", "Genclerbirliyi", "Karagümrük", Birləşmiş Ərəb Əmirliklərinin "Baniyas", "Əl-Dhafra" komandaları da transfer etmək niyyətindədir.
Onun hansı təklifi qəbul edəcəyi hələlik bəlli deyil.
Qeyd edək ki, 2023-cü ildən Rumıniya təmsilçisində çıxış edən Lukas Masoero 68 oyuna çıxıb və 7 qolla yadda qalıb.