Tovuzda voleybol Festivalı keçirilib.

 

1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi Gününə Həsr olunmuş tədbir Voleybol Federasiyanın dəstəyi və Tovuz Regional Voleybol Klubunun təşkilatçılığı ilə 12 yaş kateqoriyasına aid uşaqlar üçün təşkil olunub. Uşaların fiziki inkişafına dəstək olmaq, sağlam həyat tərzini təşviq etmək və onlara bayram əhval-ruhiyyəsi bəxş etmək məqsədi ilə baş tutan festival çərçivəsində müxtəlif idman oyunları və əyləncəli voleybol fəaliyyətləri keçirilib. Uşaqlar mini-voleybol oyunlarında iştirak ediblər, müxtəlif komanda çalışmaları və əyləncəli estafet yarışlarında güclərini sınayıblar.  

 

Tədbirin sonunda festivalda iştirak edən bütün uşaqlara və onların valideynlərinə xatirə sertifikatları təqdim olunub.  

 

Voleybol Festivalı uşaqlar üçün unudulmaz anlarla yadda qalıb və onlara böyük sevinc və motivasiya bəxş edib.