Avropa Gümüş Liqasına hazırlığı davam etdirən kişi voleybolçulardan ibarət Azərbaycan millisi Gürcüstandakı təlim-məşq toplanışını başa vuraraq vətənə qayıdıb. Sport24.az xəbər verir ki, komandamız Tbilisidə yerli yığma ilə iki yoxlama oyunu keçirib.
Yığmamız bu qarşılaşmalarda Gürcüstan millisini 3:0 və 3:2 hesabları ilə məğlub edib.
Qeyd edək ki, millimiz yarışda ilk turun oyunlarını 6-8 iyun tarixlərində İsveçdə keçirəcək. Rəqiblərimiz isə ev sahibi ilə yanaşı, Gürcüstan yığması olacaq.