Avropa Qızıl Liqasında çıxış edən qadın voleybolçulardan ibarət Azərbaycan millisi bu gün 2-ci turun oyunları üçün Slovakiyaya yola düşüb. Sport24.az xəbər verir ki, qarşılaşmalar iyunun 6-8-də Bratislavada təşkil olunacaq.

 

Rəqiblərimiz Slovakiya və Monteneqro komandaları olacaq.

 

Qeyd edək ki, millimiz Bakıdakı oyunlarda Macarıstan və Sloveniyaya 0:3 hesabı ilə uduzub.