Azərbaycanlı futbolçu Vüsal İsgəndərli çıxış etdiyi Türkiyə təmsilçisi "Boluspor"dan ayrılıb. Sport24.az xəbər verir k, bu barədə yarımmüdafiəçi sosial şəbəkə hesabında bildirib.

 

O, paylaşımında "hər şey üçün təşəkkürlər, "Boluspor" sözlərini yazaraq ayrılığa işarə edib.

 

29 yaşlı futbolçu 2024-cü ildən "Boluspor"da çıxış edirdi. O, başa çatan mövsümdə 22 oyuna çıxıb, 1 qol vurub və 3 məhsuldar ötürmə edib.