II Liqada mübarizə aparan "Şəmkir"in prezidenti Vüsal Məmmədov şəmkirli bloger Bəxtiyar Rüstəmova müsahibə verib.Sport24.az xəbər verir ki, Məmmədov başa çatan mövsümü dəyərləndirməklə yanaşı, gələcək planlaredan söhbət açıb:
"Komandamız bu mövsüm I Liqaya yüksəlmək hədəfi ilə mübarizə apardı. İlk dövrədə bəzi çətinliklər yaşasaq da, Vüqar Nadirovun baş məşqçi təyin olunmasından sonra komanda toparlandı. Təəssüf ki, məqsədimizə çatmadıq, amma gələn mövsüm üçün daha güclü planlarımız var. Məqsədimiz II Liqada iddialı bir komanda olmaqdır".
O, komandanın hazırkı durumu və gələcək planları barədə danışaraq, yerli iş adamlarının dəstəyinə bel bağladığını və stadionun ot örtüyünün yenilənməsi üçün görülən işlərdən də bəhs edib:
"Hazırda futbolçularımız istirahətdədirlər. Gələn mövsüm üçün sponsorlarla danışıqlar aparırıq və məqsədimiz daha güclü bir komanda qurmaqdır. Rayonumuzun iş adamları, futbolsevərlər və azarkeşlərimizin dəstəyi ilə I Liqaya yüksəlmək üçün əlimizdən gələni edəcəyik".
Klub prezidenti II Liqanın bombardiri Vidadi Cəfərovun klubdan ayrılması xəbərinə də aydınlıq gətirib, onun bu mövsüm mövsüm əla performans göstərdiyini və I Liqa, hətta Premyer Liqa klublarından təkliflər aldığını və onunla yolları dostcasına ayırdıqlarını qeyd edib.