"Şamaxı"da növbəti ayrılıq gerçəkləşib. Sport24.az xəbər verir ki, Premyer Liqa təmsilçisi Murad Vəliyevlə yollarını ayırıb.

 

Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

 

Müqavilə şərtlərinə əsasən tərəflər arasında razılaşma klubun istəyinə görə uzadılmayıb.

 

Klub Murada göstərdiyi xidmətlərə görə təşəkkür edib, gələcək karyerasında uğurlar arzulayıb.

 

Qeyd edək ki, "Şamaxı" daha əvvəl Brahim Konate, Leroy Mikels, Vasiliye Bakiç, Vasiliye Radenoviç, Maykl Tuik və Fəxri Məmmədli ilə yollarını ayırıb.