Azərbaycanın kişi voleybolçulardan ibarət millisi bu gün Gümüş Avropa Liqasında ilk matçına çıxacaq. Sport24.az xəbər verir ki, Fərid Cəlalovun baş məşqçisi olduğu yığma I tura ev sahibliyi edən İsveçlə qarşılaşacaq.

 

Matç Bakı vaxtı ilə saat 17:00-da başlayacaq.

 

Qeyd edək ki, günün digər görüşündə İslandiya Lüksemburqla üz-üzə gələcək. Yığmamız isə ikinci oyununu sabah Gürcüstana qarşı keçirəcək.

 

Gümüş Avropa Liqası
I tur
17:00. Azərbaycan – İsveç
Hakimlər: 
Ellen Mari Burhem (Norveç), Morten Kleyn (Danimarka)
Umeo, "Energi Arena Vatten"