Azərbaycanın kişi voleybolçulardan ibarət millisinin Avropa Gümüş Liqasında keçirəcəyi oyunların proqramı açıqlanıb. Sport24.az Voleybol Federasiyasının mətbuat xidmətinə istinadən xəbər verir ki, komanda hazırlığın növbəti mərhələsini Gürcüstanda keçir. 

 

Tbilisidə beş gün davam edəcək təlim-məşq toplanışı çərçivəsində komanda yoxlama oyunlarında da qüvvəsini sınayacaq.

 

Yığma Avropa Gümüş Liqasında ilk turun oyunlarını 6-8 iyun tarixlərində İsveçdə keçirəcək. İkinci turun qarşılaşmaları 13-15 iyunda Azərbaycanda, üçüncü tur isə 20-22 iyunda Farer adalarında təşkil olunacaq.

 

Avropa Gümüş Liqası (kişilər)

I Turnir (İsveç)

06 iyun

17:00. Azərbaycan - İsveç

07 iyun

17:00. Gürcüstan - Azərbaycan

8 iyun

17:00. İsveç – Gürcüstan

II Turnir (Azərbaycan)

13 iyun

18:00. Lüksemburq - Azərbaycan

14 iyun

18:00. Macarıstan – Lüksemburq

15 iyun

18:00. Azərbaycan - Macarıstan

III Turnir (Farer Adaları)

20 iyun

19:00. Azərbaycan - Farer adaları

21 iyun

17:00. Avstriya – Azərbaycan

22 iyun

17:00. Farer adaları – Avstriya

Qeyd edək ki, oyunların keçirilmə saatı yerli vaxtla göstərilib.