Qadın cüdoçulardan ibarət Azərbaycan millisinin sabiq baş məşqçisi Rəşad Məmmədov karyerasını ölkə xaricində davam etdirəcək. Sport24.az xəbər verir ki, bununla bağlı təcrübəli mütəxəssis sosial şəbəkə hesabında paylaşım edib.
O, İran millisində baş məşqçi kimi çalışacaq. Artıq tərəflər arasında rəsmi müqavilə də imzalanıb.
Qeyd edək ki, Məmmədov 2020-2024-cü ildə yığmanı çalışdırıb.