Macarıstanın paytaxtı Budapeştdə keçiriləcək cüdo üzrə dünya çempionatında iştirak edəcək komandaların sayı 92-yə çatıb. Sport24.az xəbər verir ki, ev sahibləri maksimum heyətlə çıxış edəcəklər - tatamida 21 macarıstanlı idmançı mübarizə aparacaq.

 

Beynəlxalq Cüdo Federasiyasının (IJF) komandasına 20 idmançı daxil edilib, Braziliya, Yaponiya, Fransa, İtaliya, Monqolustan və Özbəkistan isə hərəyə 18 iştirakçı göndərəcəklər.

 

Ən kütləvi kateqoriya 55 cüdoçunun mübarizə apaacağı 66 kq çəki dərəcəsi olacaq.

 

Qeyd edək ki, iyunun 13-19-da keçiriləcək mundialda Azərbaycan millisinin şərəfini 13 cüdoçu qoruyacaq: Olimpiya və dünya çempionları Hidayət Heydərov (73 kq) və Zelim Kotsoyev (100 kq), həmçinin Əhməd Yusifov (60 kq), Ruslan Paşayev (66 kq), Rəşid Məmmədəliyev (hər ikisi 73 kq), Zelim Tçkayev (81 kq), Elcan Hacıyev, Vüqar Talıbov (hər ikisi 90 kq), Uşangi Kokauri (+100 kq), Leyla Əliyeva, Könul Əliyeva (hər ikisi 48 kq), Gültac Mamədəliyeva (52 kq) və Fidan Əlizadə (57 kq).