"Əl-Nəsr"lə yolları ayıran Kriştiano Ronaldo karyerasını harada davam etdirəcəyi ilə bağlı hələ də qərar verməyib. Sport24.az xəbər verir ki, son günlər mətbuatda portuqaliyalının Səudiyyə Ərəbistanının digər klubuyla yeni müqavilə imzalayacağına dair məlumatlar yayılsa da, bu iddialar təkzib olunub.
40 yaşlı forvard "Əl-Hilal"ın təklifinə hələ müsbət cavab verməyib.
Qeyd edək ki, Ronaldo 2024/25 mövsümündə Səudiyyə Ərəbistanı çempionatının bombardiri olub. O, 30 oyunda 25 qolla yadda qalıb.