AFFA prezidenti Rövşən Nəcəf minifutbol üzrə Azərbaycan milli komandasını Bakıda təşkil olunan dünya çempionatının qalibi olması münasibətilə təbrik edib. Sport24.az AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, Rövşən Nəcəf komandamızın turnirdə parlaq çıxış etdiyini və final oyununda yüksək performansla azarkeşləri sevindirdiyini bildirib:

 

"Macarıstan yığması ilə final oyununda komandamız çempiona layiq çıxış etdi. Bu mötəbər yarışın qalibi olması münasibətilə milli komandamızı ürəkdən təbrik edirəm".

 

Qeyd edək ki, finalda Macarıstan yığması üzərində 4:2 hesablı qələbə qazanan minifutbol millimiz dünya çempionu olub.