"Barselona"nın yarımmüdafiəçisi Qavi komandası ilə Çempionlar Liqasının qalibi olan PSJ-nin baş məşqçisi Luis Enrikeni təbrik edib. Sport24.az xəbər verir ki, bu barədə "Sport.es" məlumat yayıb.

 

Qavi ispan mütəxəssis dünyanın ən yaxşısı adlandırıb: "Mənim üçün o, ən yaxşısıdır, bir nömrədir. Onun uğuruna çox sevinirəm. O, buna layiqdir. Həm onu, həm ailəsini, həm də köməkçisi Rafael Paulu təbrik edirəm".

 

Qeyd edək ki, 55 yaşlı Enrike 2023-cü ildən PSJ-ni çalışdırır. O, məşçqi karyerası ərzində "Barselona", "Selta", "Roma" və İspaniya millisinin "sükanı arxasında" olub.