Milli Gimnastika Arenasında minifutbol üzrə dünya çempionatının təntənəli bağlanış mərasimi olub. Sport24.az xəbər verir ki, tədbir final oyunundan əvvəl keçirilib.
Əvvəlcə Azərbaycanın xalq musiqi nümunələri təqdim olunub. Ardınca isə müğənni Mərdan Kazımov və xalq artisti Faiq Ağayev çıxış ediblər.
Qeyd edək ki, dünya çempionatına Azərbaycan və Macarıstan yığmaları arasında keçirilən final oyunu ilə yekun vurulacaq.