Zinəddin Zidan "Əl-Hilal"a rəhbərlik etmək istəməyib. Sport24.az xəbər verir ki, Səudiyyə Ərəbistanı klubu fransalı mütəxəssisə maaşı 100 milyon avronu keçən bir illik müqavilə təklif ediblər. 

 

"Real"ın sabiq çalışdırıcısı "Əl-Hilal"a göstərdikləri maraq üçün təşəkkür edib, lakin planında başqa layihələrin olduğunu vurğulayaraq klubun təklifini geri çevirib. 

 

52 yaşlı mütəxəssis son olaraq 2019-2021-ci illərdə "Real"ı (Madrid) çalışdırıb.