Qadın voleybolçulardan ibarət Azərbaycan millisi Qızıl Avropa Liqasında bu gün ikinci oyununa çıxacaq. Sport24.az xəbər verir ki, Faiq Qarayevin yetirmələri Sloveniya ilə üz-üzə gələcək.

 

Yığmamız Bakıda təşkil olunan yarışa uğursuz start verib. Voleybolçularımız Macarıstana uduzub - 0:3. Sloveniya isə öz növbəsində Macarıstan komandasına eyni hesabla qalib gəlib.

 

Qeyd edək ki, qarşılaşma saat 18:00-da start götürəcək.