"Bu gün möhtəşəm qələbə qazandıq". Sport24.az xəbər verir ki, bunu minifutbol üzrə Azərbaycanın millisinin baş məşqçisi Elşad Quliyev deyib.

 

O, Bakıda keçirilən dünya çempionatının yarımfinalınd Monteneqro komandası üzərində qazanılan 2:1 hesablı qələbəni şərh edib: "Qələbə münasibəti ilə Azərbaycan xalqını təbrik edirəm. Çətin oyun oldu, amma biz qarşıya qoyulan məqsədin öhdəsindən gəldik. Finala yüksəlmək əla duyğudur. Artıq final barəsində düşünə bilərik".

 

Qeyd edək ki, Azərbaycan yığmasının finaldakı rəqibi Macarıstan - Serbiya oyununda bəlli olacaq.