Kriştiano Ronaldo "Əl-Nəsr"də qalacaq. Sport24.az xəbər verir ki, portuqaliyalı hücumçu klub rəhbərliyi ilə danışıqları yekunlaşdırıb.

 

Footmercato-nun yazdığına görə, 40 yaşlı futbolçu "Əl-Nəsr"lə müqavilə imzalayıb. Razılaşmanın detalları barədə məlimat verilməyib. Ronaldo klublararası dünya çempionatında iştirak etmək arzusundadır və onun "Əl-Hilal"a icarəyə verilməsi gözlənilir.

 

Qeyd edək ki, Kriştiano "Əl-Nəsr"in heyətində 41 oyunda 35 dəfə fərqlənib.