Bakıda keçirilən minifutbol üzrə dünya çempionatı davam edir. Sport24.az xəbər verir ki, bu gün yarımfinal mərhələsinin oyunları baş tutub.

 

Milli Gimnastika Arenasında ilk finalçı Azərbaycan – Monteneqro qarşılaşmasında müəyyənləşib. Futbolçularımız 2:1 hesabı ilə qalib gəliblər.

 

Ardınca meydana Macarıstan və Serbiya çıxıb. Oyunun əsas vaxtında hesab açılmayıb və qalib penalti seriyasında bəlli olub. Daha dəqiq zərəblər vuran Macarıstan 3:1 hesabı ilə üstün olaraq, finala yüksəlib.

 

Dünya çempionatı

Yarımfinal

30 may

20:00. Azərbaycan - Monteneqro - 2:1

21:30. Macarıstan - Serbiya - 0:0, p. 3:1

 

Qeyd edək ki, final və 3-cü yer uğrunda oyun iyunun 1-də keçiriləcək.