Ron Qurlen "Valensiya"nın yeni baş direktoru təyin olunub. Sport24.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb:

 

"Bu, Kiat Limin rəhbərliyi altında klubun Avropa futbolunun yüksək liqasına qayıtmaq missiyasında mühüm strateji addımdır".

 

Qurli əvvəllər "Mançester Yunayted", "Çelsi", "Ridinq", "Vest Bromviç" və "Əl Əhli" kimi klublarda çalışıb.

 

Qeyd edək ki, "yarasalar" 2024/25 mövsümünü 12-ci pillədə başa vurub.