Hücumçu Julian Alvares "Atletiko"da mövsümün ən yaxşı oyunçusu seçilib. Sport24.az xəbər verir ki, bu barədə Madrid klubunun mətbuat xidməti məlumat yayıb.

 

25 yaşlı argentinalı "Atletiko"da debüt mövsümündə La Liqada meydana çıxdığı 37 matçda 17 qol vurub və 4 məhsuldar ötürmə edib. Bütün turnirlərdə isə 54 oyun keçirib, 29 qol vurub və 7 məhsuldar ötürmə ilə yadda qalıb.

 

Qeyd edək ki, Alvares ötən yay 75 milyon avroya "Mançester Siti"dən "Atletiko"ya keçib.