"Qarabağ"ın futbolçusu Emmanuel Addai sosial şəbəkə hesabında paylaşım edib. Sport24.az xəbər verir ki, qanalı hücumçu Misli Premyer Liqasının 36-cı turunda "Şamaxı" ilə matçda vurduğu qolu paylaşıb.

23 yaşlı hücumçu bunları yazıb:

"Bu, fasiləsiz özünəinamla bütün gün çalışdığın işdir. Bəzən dəyərin yalnız yoxluğun hiss ediləndə görünür. Növbəti dayanacaq isə zirvədir".

Qeyd edək ki, Emmanuel Addai 2024-cü ilin yayında "Qarabağ"a keçib. Hücumçu cari mövsüm Ağdam təmsilçisində cəmi dörd qola imza atıb.