"Barselona"nın futbolçusu Ronald Arauxo klubdakı taleyi ilə bağlı açıqlama verib. Sport24.az xəbər verir ki, o, insayder Fabrizio Romanonun sorğusuna cavab olaraq bunları deyib:

 

"Barselona"nın kapitanıyam və klubda qalacağam. Müqaviləm 2031-ci ilin yayına kimidir".

 

Arauxo bu mövsüm La Liqada 12 oyunda meydana çıxıb. Daha əvvəl onun adı İngiltərə klubları ilə hallanırdı.