Bu gün Bakıda basketbolun 3x3 növü üzrə Dünya kubokunun seçmə mərhələsinə start veriləcək. Sport24.az xəbər verir ki, kişilərin yarışında qrup mərhələsinin matçları bu gün keçiriləcək.

 

6 komanda iki qrupda mübarizə aparacaq. Azərbaycan millisi B qrupunda yarışacaq.

 

Orxan Aydın, Amil Həmzəyev, Nəzər Quliyev və Kamran Məmmədovdam ibarət yığmamız ilk matçını Kanadaya qarşı keçirəcək. Millimiz qrup mərhələsini Böyük Britaniya ilə matçla yekunlaşdıracaq.

 

A qrupunda Monteneqro, Ruanda, İran, B qrupunda Kanada, Böyük Britaniya, Azərbaycan mübarizə aparacaq.

 

Dünya kubokunun seçmə mərhələsi
Kişilər
24 may
Qrup mərhələsi

I tur
A qrupu

16:50. Monteneqro - Ruanda

B qrupu
17:15. Kanada –Böyük Britaniya

II tur
A qrupu

18:40. Monteneqro - İran

B qrupu
19:05. Kanada - Azərbaycan

III tur
A qrupu

20:30. Ruanda - İran

B qrupu
20:55. Böyük Britaniya – Azərbaycan

Qeyd edək ki, hər qrupdan iki komanda yarımfinala yüksələcək.