Yeniyetmə basketbolçulardan ibarət Azərbaycan milli komandalarının məşqçilər korpusu müəyyənləşib. Sport24.az xəbər verir ki, oğlan və qızlardan ibarət U-16 və U-18 Avropa çempionatlarının aşağı divizionlarına hazırlığa start veriblər.

 

U-18 komandalarının məşqçilər korpusu dəyişməz qalıb. Oğlan millimizin baş məşqçisi Anar Sarıyevin köməkçisi Polad Həsənovdursa, qızlarda isə Evren Alkayaya yenə Aygün Eynullayeva kömək edəcək.

 

U-16 oğlan millimizin baş məşqçisi vəzifəsinə yeni təyin olunan türkiyəli Erhan Tokerin köməkçiləri Anar Hacıyev və Rüstəm Əliyev olub. "Abşeron" klubunda uğurlu mövsüm keçirən baş məşqçi 2014-cü ildə Türkiyənin U-20 yığması ilə Avropa çempionu adını qazanıb.

 

U-16 qız millimizin baş məşqçisi postuna yeni təyin olunan türkiyəli Ferhat Akcana Aygün Eynullayeva kömək edəcək. Baş məşqçi əvvəllər "Ormanspor" klubunda köməkçi məşqçi kimi fəaliyyət göstərib.