Premyer Liqada "Ayın qolu" layihəsi çərçivəsində aprel ayının ən yaxşı qolunun müəllifi olan David Qomis mükafatlandırılıb. Sport24.az xəbər verir ki, "Səbail" klubunun futbolçusuna mükafatı çempionatın XXXVI turunun "Səbail" – "Sumqayıt" görüşündən əvvəl Peşəkar Futbol Liqasının Media və marketinq direktoru Sənan Abdullayev təqdim edib.