Basketbol üzrə Azərbaycan millisinə yeni təyinat gerçəkləşib. Sport24.az xəbər verir ki, "Abşeron" basketbol klubunun baş məşqçisi Erhan Toker yığmamızda çalışacaq.

 

Azərbaycanın oğlanlardan ibarət U-16 millisi türkiyəli mütəxəssisə həvalə olunub. O, yığmada da baş məşqçi funksiyasını yerinə yetirəcək.

 

Qeyd edək ki, Tokerin U-16 milli ilə ilk sınağı Avropa çempionatının C divizionu olacaq. İyulun 5-13-də Albaniyada keçiriləcək yarışda komanda B qrupunda San Marino, Andorra, Lüksemburq və Cəbəllütariqlə mübarizə aparacaq.