"Liverpul"un futbolçusu Məhəmməd Salah İngiltərə Premyer Liqasında 300-cü matçına çıxıb. Sport24.az xəbər verir ki, misirli hücumçunun yubiley matçı 37-ci turda "Brayton"la görüşə (2:3) təsadüf edib.
Afrika qitəsindən Salahdan əvvəl üç futbolçu 300 oyun həddini keçib. Kolo Ture (Fil Dişi Sahili, 353 matç), Vilfrid Zaha (Fil Dişi Sahili, 305 matç) və Cordan Ayyu (Qana, 303 matç) daha əvvəl Premyer Liqada 300-dən çox oyuna çıxıb.
Qeyd edək ki, Salah 2017-ci ildən "Liverpul"da çıxış edir. O, daha əvvəl "Çelsi"də (2014-2016) oynayıb.