Polina Rəhimova Yunanıstanın "Panionios" klubunda Draqan Neşiçin rəhbərliyi altında çıxış edəcək. Sport24.az xəbər verir ki, komandanı ötən mövsüm avrokuboklara vəsiqə qazandıran serbiyalı mütəxəssis müqaviləsini daha bir il müddətinə uzadıb.

 

O, bundan əvvəl Yunanıstanın digər tanınmış klubu "Panatinaikos"u çalışdırıb.

 

Qeyd edək ki, Rəhimova ötən mövsüm "Osasko" klubunun heyətində Braziliya çempionu olub.