Cüdoçularımız kata üzrə Avropa çempionatına hazırlıqlarını davam etdirir. Sport24.az xəbər veriir ki, milli komandaların Təlim-Məşq Mərkəzində keçirilən toplanışa 10 idmançı cəlb olunub.

 

Onlar mötəbər yarışa Türkiyə Cüdo Federasiyasının Təhsil direktoru, VI dan qara kəmər sahibi Mehmet Yılmazın rəhbərliyi altında hazırlaşırlar.

 

Avropa çempionatı 31 may – 1 iyun tarixlərində Latviyanın paytaxtı Riqada keçiriləcək.

 

Qitə yarışında ölkəmizi "nage-no-kata" və "katame-no-kata" kata formaları üzrə 4 idmançı təmsil edəcək.

 

Cüdoçularımız turnirdən əvvəl - mayın 28-30-da Riqada təşkil olunacaq Kodokan kata seminarı və imtahanında da iştirak edəcəklər.