Cüdo üzrə Azərbaycan yığması dünya çempionatına hazırlığın son mərhələsinə qədəm qoyur. Sport24.az xəbər verir ki, bu gün idmançılarımız İspaniyanın Benidorm şəhərində təlim-məşq toplanışı başlayacaq.
Mayın 23-dək davam edəcək hazırlıq təlimlərində 20-dən çox ölkədən komanda iştirak edəcək. Gündə iki məşq, həmçinin sınaq sparrinqi keçiriləcək.
Yığmamızın məşqçilər korpusu təlim-məşq toplanışının nəticələrinə əsasən, iyunun 13-19-da Budapeştdə (Macarıstan) keçiriləcək dünya çempionatında mübarizə aparacaq heyəti açıqlayacaq.