"Mançester Yunayted"in futbolçusu Markus Reşford "Barselona"da oynamağı arzulayır. Sport24.az xəbər verir ki, icarə əsasında "Aston Villa"da çıxış edən ingiltərəli vinger İspaniya çempionunun formasını geyinmək üçün maddi fədakarlıq etməyə hazırdır.

 

Bu barədə "Mundo Deportivo" nəşri məlumat yayıb.

 

Reşford "Barselona"ya keçmək üzün maaşının azalmasına razıdır. "Mançester Yunayted" razılıq versə, 27 yaşlı futbolçu La Liqa nəhənginə keçə bilər.

 

Qeyd edək ki, Markus Reşford bu ilin fevral ayında "Aston Villa"ya icarəyə verilib.