"Real"ın baş məşqçisi təyin olunacağı gözlənilən Xabi Alonso klubla müqaviləsi başa çatan futbolçularla bağlı qərar verib. Sport24.az xəbər verir ki, ispan mütəxəssis Luka Modriçin komandada qalmasını istəyir.

 

Bu barədə "Marca" nəşri məlumat yayıb.

 

Alonso xorvatiyalı yarımmüdafiəçinin qalmasını rəhbərlikdən tələb edib. 39 yaşlı yarımmüdafiəçinin sözləşməsnin 1 mövsümlük uzadılacağı gözlənilir.

 

Qeyd edək ki, "Real" Luka Modriçi 2012-ci ildə "Tottenhem"dən transfer edib. Təcrübəli futbolçu bu müddət ərzində Madrid təmsilçisinin heyətində meydana çıxdığı 590 rəsmi matçda 43 qol və 95 məhsuldar ötürmə ilə yadda qalıb.