"Əl Nəsr"in futbolçusu Kriştiano Ronaldo daha iki mövsüm oynamağı planlaşdırır. Sport24.az xəbər verir ki, bu barədə insayder Nikolo Skira məlumat yayıb.

 

40 yaşlı hücumçu hələ karyerasını bitirmək niyyətində deyil və oynamağa davam etmək niyyətindədir.

 

Ronaldonun "Əl Nəsr"lə müqaviləsi iyula kimidir. O, bu mövsüm 39 oyunda 33 qol vurub, 4 məhsuldar ötürmə edib.