Rusiyanın "Dinamo" klubunun sabiq məşqçisi, bir dönəm "Neftçi"də çalışan Miodraq Bojoviç Rusiya futbol tarixində XXI əsrin ən yaxşı futbolçusunu açıqlayıb. Sport24.az xəbər verir ki, mütəxəssis Artem Dzyubanı fərqləndirib:
"Dzyuba mənim üçün əsrin ən yaxşısıdır. Düzdür, Andrey Arşavin də yaxşı olub, ancaq onun vaxtında başqa güclü oyunçular da olub".
Bojoviç 2024-cü ilin yanvarından yayına kimi "Neftçi"yə rəhbərlik edib.