Basketbolun 3x3 növü üzrə Avropa çempionatının Kosovoda keçiriləcək seçmə mərhələsinin qrupları və təqvimi bəlli olub. Sport24.az xəbər verir ki, Azərbaycanın həm kişilərdən, həm qadınlardan ibarət komandaları oyunlarının vaxtı bəlli olub.
Kişi basketbolçularımız Kosovo və Malta ilə B qrupunda üz-üzə gələcək. Digər qrupda Kipr, İrlandiya və Albaniya yer alıb. Hər qrupdan iki komanda yarımfinala adlayacaq.
Kişilər
B qrupu
7 iyun
11:45. Azərbaycan – Malta
8 iyun
13:35. Kosovo – Azərbaycan
Qadın millimiz isə artıq yarımfinaldadır. Çünki yığmamız Kosovo ilə B qrupunda mübarizə aparacaq. Hər iki komanda yarımfinala vəsiqə qazanacağından görüş qrup birincisinin adına aydınlıq gətirəcək. A qrupunda İrlandiya, Kipr və Malta mübarizə aparacaq.
Qadınlar
B qrupu
13:10. Azərbaycan – Kosovo
Qeyd edək ki, hər 2 yarışda təsnifat mərhələsinin qalibi Avropa kubokunun əsas mərhələsində iştirak etmək hüququ qazanacaq.