"Sona iki tur qalmış bəzi məqamlara aydınlıq gəlməli idi. Xüsusi ilə də 3-cü və 4-cü yeri hansı komandanın tutacağına". Bu sözləri Sport24.az-a açıqlamasında Arif Əsədov deyib.

Təcrübəli mütəxəssis Misli Premyer Liqasında 35-ci turu çərçivəsində baş tutan matçları şərh edib:

"Araz-Naxçıvan"ın Şamaxıda xal qazanması vacib idi və bunu bacardılar. Klub tarixində ilk dəfə Konfrans Liqasına vəsiqə qazandı. "Sabah" "Zirə" ilə oyunda qalib gəlib, "Turan Tovuz"un xal itkisini gözləyirdi, amma bu, baş vermədi. Tovuzlular "Sumqayıt"ı məğlub edərək 4-cü pillədəki yerini qorudu. Yerdə qalan oyunlar formal xaraket daşıyırdı. Çempionatın bütün mükafatçıları bəllidir. Axrıncı tur da formal olacaq. Ona görə klublar növbəti mövsümün hazırlığını düşünməlidir".

 

Qeyd edək ki, Misli Premyer Liqanın sonuncu turu ərəfəsində artıq bütün mükafatçılar müəyyənləşib. "Qarabağ" ardıcıl 12-ci dəfə "qızıl"a sahib çıxıb. "Zirə" 2-ci, "Araz-Naxçıvan" isə 3-cü olub.