"Ayaks" sabiq çalışdırıcısı Erik ten Haqı baş məşqçi postuna qaytarmağı düşünür. Sport24.az xəbər verir ki, Amsterdam klubu Françesko Fariolinin komandanı tərk etməsindən sonra diqqətini niderlandlı mütəxəssisə yönəldib.

 

Ten Haq 2017-2022-ci illərdə "Ayaks"a rəhbərlik edib. Komanda onun vaxtında 6 kubok və iki çempionluq qazanıb. Amsterdam təmsilçisi  "Mançester Yunayted"in sabiq baş məşqçisi ilə yanaşı, daha bir mütəxəssis – "Go Ahed İgls"dan Pol Simonisinin də namizədliyini də nəzərdən keçirir.

 

Qeyd edək ki, Ten Haq Leverkuzen "Bayer"ini də çalışdırmağa namizəddir.