İlin əvvəlindən Azərbaycan cüdoçuları beynəlxalq arenada 94 mükafat qazanıblar. Sport24.az xəbər verir ki, böyüklər, gənclər, kadetlər və veteranlar səviyyəsində komandaların nəticələrini qeydə alan "Judobase" portalının məlumatına görə, mövsümün əvvəlindən idmançılarımız 21 qızıl, 25 gümüş və 48 bürünc medala sahib çıxıblar.

 

Sonuncu məhsuldar turnir Qoridə keçirilən Avropa kuboku olub və həmin yarışda idmançılarımız dörd dəfə fəxri kürsüyə qalxaraq bir qızıl, iki gümüş və bir bürünc medal qazanıblar.

 

Nəticələrin əsas hissəsi Dünya Turundakı çıxışlardır. "Böyük Dəbilqə" turnirlərində cüdoçularımız hesablarına 17 medal yazdırıblar (4-4-5).

 

Ümumi medal sıralamasında Azərbaycan 13-cü yerdədir.

 

Fransa 64 qızıl, 37 gümüş və 80 bürünc medalla liderdir. Sonrakı yerlərdə Braziliya (61-47-77) və Gürcüstan (55-54-60) qərarlaşıblar.