İyunun 28-də Sumqayıtda Azərbaycan Cüdo Federasiyasının (ACF) təşkilatçılığı ilə kəmər dərəcələri üzrə rəsmi imtahan keçiriləcək. Sport24.az xəbər verir ki, Cüdo Təlim Mərkəzində təşkil ediləcək imtahanda 7 yaşdan yuxarı cüdo ilə məşğul olanlar iştirak edə bilər.

 

Kəmər seçimi müvafiq yaş uyğunluğuna əsasən aparılacaq.

 

İmtahanı uğurla keçən namizədlərə ACF tərəfindən müvafiq kəmər və sertifikat təqdim ediləcək. 🧾

 

Qeyd edək ki, kəmər imtahanı peşəkarlıq səviyyənin qiymətləndirilməsi və rəsmi olaraq tanınması, həmçinin gələcəkdə nüfuzlu daxili yarışlarda iştirak üçün zəruridir.