NBA təmsilçisi "Oklahoma Siti Tanders" Şey Gilces-Aleksanderlə müqavilə müddətini artırıb. Sport24.az xəbər verir ki, ulduz basketbolçu ilə yeni sövdələşmə 4 illik nəzərdə tutulub.

 

Bununla da, 2024/2025 mövsümün ən dəyərli basketboçusu (MVP) NBA-nın illik ən çox qazananı olub. 4 illik müqavilənin dəyəri 285 milyon dollardır.

 

Qeyd edək ki, Gilces-Aleksanderin uğurlu oyunu sayəsində "Oklahoma" tarixində ikinci dəfə NBA çempionu olub. Basketbolçu özü isə həm müntəzəm çempionatın, həm də final mərhələsinin MVP-si seçilib.