Klublararası dünya çempionatının 1/4 final mərhələsinin bütün iştirakçıları müəyyənləşib. Sport24.az xəbər verir ki, "Fluminense", "Əl-Hilal", "Palmeyras", "Çelsi", PSJ, "Bavariya", "Real" və "Borussiya" 1/4 finala yüksəlib.

 

Qeyd edək ki, klublararası dünya çempionatının finalı iyulun 13-də baş tutacaq.

 

 1/4 final mərhələsinin cütlükləri:

 

"Fluminense" (Braziliya) – "Əl-Hilal" (Səudiyyə Ərəbistanı)

"Palmeyras" (Braziliya) – "Çelsi" (İngiltərə)

PSJ (Fransa) – "Bavariya" (Almaniya)

"Real" (İspaniya) – "Borussiya" (Dortmund, Almaniya)