Gürcüstanın Qori şəhərində böyüklər arasında cüdo üzrə Avropa kuboku start götürüb. Sport24.az xəbər verir ki, yarışda Azərbaycan cüdoçuları da iştirak edir.

 

Ölkəmizi 60 kq-da Babarəhim Mirzəyev, Murad Əliyev və Amin İsmayılov, 66 kq-da Tofiq Məmmədov, Nazir Talıbov, Kənan İsmayılov, Rəşad Elkiyev və Eltac Yusifli, 73 kq-da isə Rüfət Şövlətov, Nəriman Mirzəyev, Kamran Süleymanov və Qədir Hüseynov təmsil edirlər.

 

Avropa kubokunda ümumilikdə 15 ölkədən 199 idmançı çıxış edəcək.