"Olimpiakos"un baş məşqçisi Xose Luis Mendilibar postundan ayrılıb. Sport24.az xəbər verir ki, bu barədə Yunanıstan klubunun mətbuat xidməti məlumat yayıb.

 

"Qırmızı-ağlar" 65 yaşlı mütəxəssislə qarşılıqlı razılıq əsasında yollarını ayırmaq qərarına gəliblər.

 

Mendilibar 2024-cü ilin fevralından "Olimpiakos"a rəhbərlik edirdi. İspaniyalı mütəxəssisin rəhbərliyi altında komanda Super Liqa, eləcə də Yunanıstan Kuboku və Yunanıstan Superkubokunun qalibi olub. Bundan əlavə, o, 2023/24-cü illər mövsümündə UEFA Konfrans Liqasını qazanmaqla kluba tarixində ilk avrokubok titulunu qazandırıb. 

 

Qeyd edək ki, "Olimpiakos" hazırda Super Liqada 7 xalla üçüncü pillədə qərarlaşıb.