"Sabah"ın U-19 komandası bu gün UEFA Gənclər Liqasında ilk matçına çıxır. Sport24.az xəbər verir ki, təmsilçimiz səfərdə "Mançester Yunayted" ilə üz-üzə gələcək.

 

İngiltərənin Li şəhərindəki "Li Sports Villic" stadionunda baş tutacaq qarşılaşmanın start fiti Bakı vaxtı ilə saat 17:00-da səslənəcək. başlanacaq.

 

Qeyd edək ki, "Sabah"ın U-19 komandası tarixində ilk dəfə iştirak etdiyi UEFA Gənclər Liqasının əsas mərhələsində "Barselona", "Vilyarreal" (hər ikisi İspaniya), Dortmund "Borussiya"sı, "Slaviya" (Çexiya) və "Vikinq"lə (Norveç) eyni qrupda yer alıb.